AZ

Rusiyadan sığorta pulu ilə özünü gözdən salır, ya gözdən kompensasiya pərdəsi asır?

Bakı. Trend:

Rusiya XİN deyir ki, AZAL-ın təyyarəsinə dəyən zərərinqarşılığında Azərbaycan dövlətinin tələb etdiyi kompensasiyaödənilib. Bəllidir ki, söhbət 2024-cü ilin dekabrın 25-də qəzayauğramış AZAL-ın J2–8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən“Embraer E190” tipli təyyarədən gedir.

Bu açıqlamanı oxuyan vətəndaş da elə başa düşür ki, artıq məsələhəll edilib, Rusiya öz öhdəsinə düşəni yerinə yetirib, yəni ruslardemiş, “все”. Azərbaycan tərəfi də açıqlamada da deyilənlərləolduğu kimi razılaşmalıdır.

Lakin tövsiyə olunur ki, bu məqaləni hamı, ələlxüsus yuxarıdakıiki abzasda bəhs edilən tərəflər – Rusiya XİN və onun dedikləriniolduğu kimi başa düşənlər sonadək oxusunlar.

Beynəlxalq aviasiya qanunvericiliyinə əsasən, sərnişinlərinhəyat və sağlamlığı, eləcə də, təyyarəyə dəyən zərərlərinödənilməsi məqsədilə müvafiq sığorta müqavilələrinin bağlanmasıməcburidir. Bu mexanizm həm aviaşirkətləri qəfil və yüksək həcmlimaliyyə itkilərindən qoruyur, həm də sərnişinlərin hüquqlarınıntəmin olunmasına xidmət edir. Belə müqavilələr olmasa,aviaşirkətlərə beynəlxalq uçuş icazələrinin verilməsi mümkünsüzəçevrilir. Qəza olduğu təqdirdə, zərərin ödənilməsi məhz bu sığortamüqavilələrinin icrası çərçivəsində həyata keçirilir. Bunu məndemirəm, dünya praktikasında qəbul olunmuş ümumi yanaşmadır.

“Embraer E190” tipli təyyarə və həmin uçuşda iştirak edənsərnişinlərin həyat və sağlamlığı Azərbaycan Hava Yolları (AZAL)ilə Rusiyanın “АльфаСтрахование” sığorta şirkəti arasında bağlanmışmüqavilə əsasında sığortalanmışdı.

Müqaviləyə uyğun olaraq təyyarənin məhv olması ilə əlaqədarAZAL-a 1,003 milyard rubl, yəni ödəniş tarixində təxminən 11 200000 milyon ABŞ dolları həcmində vəsait ödənilib. Həmçinin, xəsarətalmış sərnişinlərə və həlak olanların ailələrinə sığorta şirkətitərəfindən fərdi ödənişlərin həyata keçirilməsi də davam edir.

Bununla yanaşı, qeyd edilməlidir ki, Rusiya Federasiyası Xariciİşlər Nazirliyi AZAL-a məxsus təyyarənin vurulması nəticəsindəqəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin tam həyatakeçirildiyini bildirir. Lakin qəzada həyatını itirən sərnişinlərinyaxınlarının mətbuatda dərc edilən açıqlamalarından bəlli olur ki,sığorta ödənişlərinin icrası tam yekunlaşmayıb. Zərərgörənşəxslərin yaxınları arasında hələ də sığorta şirkətindən sığortaödənişini almayan şəxslər var.

Bu, sığorta mexanizmlərinin mərhələli icra xarakteri daşımasıilə əlaqədardır. Belə ki, hər bir sərnişinin ailəsinə ödənişlərinhəyata keçirilməsi üçün hüquqi sənədlərin toplanması, hüquqivarislərin müəyyən olunması və digər texniki prosedurlartamamlanmalıdır. Bu proseslər yekunlaşanadək ödənişlərin tambitməsi mümkün deyil.

Vacib məqam ondan ibarətdir ki, “АльфаСтрахование” şirkətininAZAL-a və sərnişinlərə etdiyi ödənişlər heç bir halda Rusiyadövlətinin kompensasiyası kimi qəbul edilə bilməz. Onlar yalnızaviaşirkətlə sığorta şirkəti arasında imzalanmış müqaviləninöhdəliklərinin yerinə yetirilməsidir.

Hər şeydən əvvəl qeyd edilməlidir ki, AZAL-la Rusiya sığortaşirkəti arasında imzalanan müqalivədə yalnız təyyarənin vəsərnişinlərin sığortalanması nəzərdə tutulub. Azərbaycan tərəfi buməsələ ilə hər hansı etirazını bildirmir. Azərbaycan Xarici İşlərNazirliyinin məsələyə dair şərhində də vurğulanır ki, sözügedənşirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin təşkili prosesiartıq 6 aydır, həyata keçirilir.

Bir daha vurğulamaq yerinə düşər ki, ümumilikdə bu ödənişlərməhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində şirkətin təyyarəsinivə sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraqtəmin edilir. Adətən, təyyarələrin sığortası müvafiq beynəlxalqsığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanınərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyətgöstərmədiyini nəzərə alaraq AZAL təyyarəsinin sığortası Rusiyaşirkəti vasitəsilə aparılıb.

Bütün bu qeyd edilənlərin fonunda Rusiya rəsmilərinə bir dahaxatırlatmaq lazımdır ki, sığorta müqaviləsində təyyarənin heyətüzvlərinin sığortalanması nəzərdə tutulmayıb. Həlak olan heyətüzvlərinin yaxınlarına bədbəxt hadisələrdən sığorta və həyatsığortası haqları ödənilib, bundan əlavə onlar AZAL tərəfindənmüxtəlif ödənişlərlə təmin ediliblər. Yəni, “АльфаСтрахование”ninheyət üzvlərinə çatacaq heç bir ödənişi yoxdur.

Belə olan halda, əgər Rusiya tərəfi sığorta müqaviləsi əsasındaümumilikdə Azərbaycan dövlətinə ödəniləcək kompensasiyanı da“aradan çıxarmaq” istəyirsə, bəs onda niyə həlak olan heyətüzvlərinin yaxınlarına da ödəniş etməyib? Axı bu çox sadəməntiqdir. Əgər Moskva “kompensasiya” deyəndə “АльфаСтрахование”ninsığorta ödənişini nəzərdə tutursa, heyət üzvlərinin yaxınlarınaçatacaq ödəniş hardadır? Yəni şimallılar bu işi da tam görəbilməyiblər? Yəqin, bu suallara cavab federasiyanın ötən gün ağızdolusu danışan baş diplomatiya idarəsində də yoxdur. Ola da bilməz.Heç olmasa, heyət üzvlərinin ailələrinə də sığorta ödənişi edibbunu kompensasiya adı ilə sırısaydılar, bəlkə, bu yalana kimsəinanardı.

Əslində, məsələ çox aydındır. Sığorta şirkətinin qanunauyğunödənişi ilə dövlətin tələb etdiyi kompensasiya anlayışlarınıqarışdırmamaq lazımdır. Azərbaycan dövləti öz təyyarəsinə, havagəmisini peşəkarcasına idarə edən Milli Qəhrəmanlarına,sərnişinlərə və ümimilikdə xalqa dəyən mənəvi zərərin qarşılığıolan kompensasiyanı tələb edir. Bunun qarşılığında bir sığortaşirkətinin müqaviləsinə görə ödənilən vəsaiti dövlət kömpensasiyakimi təqdim etmək Aydan da görünən böyük Rusiya üçün hardan baxsan,kiçik hərəkətdir.

Gəlin tarixə nəzərə salaq. Qəza nəticəsində hər hansı dövlətinbirbaşa və ya dolayı müdaxiləsi təsdiq olunarsa, dövlətlər yalnızsığorta çərçivəsində ödənilməyən zərərlərə görə – xüsusən də mənəvizərərin kompensasiyası məqsədilə ödənişlər həyata keçirirlər.Təkrar edirəm, sığorta çərçivəsində ödənilməyən. Sığorta.Çərçivəsində. Ödənilməyən. Təkrar edirəm, mənəvi zərərinkompensasiyası məqsədilə. Mənəvi zərər.

Tarixi nümunələr baxaq:

  • 2020-ci ildə Ukrayna Hava Yollarına aid təyyarənin İran hərbiqüvvələri tərəfindən səhvən vurulması nəticəsində 176 nəfər həlakolmuşdu. İran dövləti hər bir qurbanın ailəsinə 150 min ABŞ dollarıməbləğində kompensasiya ödəməyi öhdəsinə götürdü.
  • 1988-ci ildə ABŞ hərbi qüvvələrinin İran təyyarəsini vurmasınəticəsində 290 nəfər həlak olmuşdu. ABŞ hökuməti hüquqiməsuliyyəti qəbul etməsə də, ailələrə ümumilikdə 61,8 milyon dollarödəniş etdi.
  • 2001-ci ildə Krım yaxınlığında Ukrayna tərəfindən Sibir HavaYollarına aid təyyarənin səhvən vurulması nəticəsində həlak olan 78nəfərin ailəsinə Ukrayna dövləti hər birinə 200 min dollarməbləğində kompensasiya verdi.

Bütün bu faktlar göstərir ki, “АльфаСтрахование” şirkətininAZAL-a və sərnişinlərin ailələrinə ödədiyi vəsaitlər yalnız sığortamüqaviləsi üzrə öhdəliklərin icrasıdır. Onlar Rusiya dövlətininverdiyi kompensasiya hesab edilə bilməz. Azərbaycan tərəfi hadisəilə bağlı beynəlxalq hüququn imkanlarından istifadə etmək hüququnuqoruyur.

Rusiya XİN və onunkimilər indi yəqin ki, növbətinin açıqlamanınmətnini işləyirlər. Sığorta ödənişi ilə kompensasiyanın fərqini,bəlkə, özləri də başa düşürlər. Sadəcə ümid edirlər ki, üzü qışadoğru gedirik. Faktlar, həqiqətlər, reallıqlar da buz bağlayacaq vəonları görmək mümkün olmayacaq. Lakin unudurlar ki, AzərbaycanınSibir buzlaqlarını əridəcək qədər qazı var. Biz həqiqəti günişığına çıxararıq.

Seçilən
22
4
az.trend.az

5Mənbələr