AZ

Tahir Gözəl: "UEFA-dan gələn 18 milyon dollar "Qarabağ"ın 10 aylıq xərcidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz Qurban hocaya bütün imkanları verdik. Qurban hoca oyunçulara baxır. Bu gün rəqabətli mühitdə klublar oyunçuları asanlıqla buraxmaq istəmirlər".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun prezidenti Tahir Gözəl jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, "Qarabağ"ın uğurlu olması hər kəsdən çox Qurban Qurbanovun arzusudur:
"Bu, onun zəhmətidir, onun iradəsidir. Bir milyonluq futbolçuya 8 milyon ödəyib gətirsən, klubu dağıdarsan. Azarkeşləri başa düşürəm. İnsanın ürəyi yanır, deyir: "Alın da, gətirin də". Amma bu, maşın almaq deyil, çox mürəkkəb məsələdir. Burada klubun əhval-ruhiyyəsini də poza bilərsən. Klub idarə etmək çox ağır məsuliyyətdir. Mənim arzum var idi, amma heç vaxt təəssüflənmirəm. Qurban Qurbanova da deyirəm: Nərimana inanıram, Musaya inanıram, gənclərimizə inanıram. Öz gücümüzə gedəcəyik. Qismət olmadı, amma çalışdıq. Şübhəm yoxdur ki, əlimizdən gələni etdik.
500 minlik oyunçu istəyirsənsə, 8 milyon tələb edirlər. Belə bir söz var ki, "Qarabağ" UEFA-dan çox böyük pul qazanır, xərcləsin də". Amma "Qarabağ" UEFA-dan ən yaxşı halda 18 milyon dollar qazanır, bu da bizim 10 aylıq xərcimizdir. Biz hər il Çempionlar Liqasına düşmürük. Deyək ki, üç ildən bir düşsək, 40, 50, hətta 60 milyon dollar da bizim bütün xərclərimizi ödəməyə kifayət etmir. Türkiyə klublarına baxın, hamısı borc içindədir. Doğrudan da klub idarəçiliyi çox ağırdır. Dünyada bizim bir ümidimiz var - "Azərsun" Holdinq. Allah eləməsin, sabah böhran olsa, "Qarabağ" müstəqil olmalıdır. Mən prezident kimi "Qarabağ" klubunun hətta "Azərsun"dan da müstəqil olmasının tərəfdarıyam. Çünki maliyyə intizamını qorumaq vacibdir. Əmin olun, heç asan deyil.
İngiltərə Premyer Liqasında ən sonuncu yerdə gedən klub belə 120 milyon funt sterlinq yayım gəliri əldə edir. Mən onlarla necə rəqabət aparım? Mənim rəqabət aparmağımın sirri bahalı oyunçu almaqda deyil. Mənim sirrim mənəviyyatca güclü olmaq, çətin gündə birlikdə olmaqdır".
Anar Həsənov
Seçilən
75
2
oxu.az

10Mənbələr