
Vladimir Zelenski Slovakiya Baş Naziri Robert Fiko ilə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə Kiyev rəhbəri öz "Telegram" kanalında bildirib.
O qeyd edib ki, Fiko ilə Avropanın Rusiyadan enerji müstəqilliyi məsələsini müzakirə edib.
"Əhəmiyyətlidir ki, iqtisadi, enerji və infrastruktur sahələrində ikitərəfli əməkdaşlıq regionumuzda xalqlarımızı gücləndirsin", - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Slovakiya Baş Naziri bildirib ki, Ukraynadakı münaqişəni həll etmək üçün yalnız Rusiya Prezidenti Vladimir Putinin real planı var.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31