AZ

Boksçumuz növbəti mərhələyə yüksəldi - DÇ

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilir.

"Footballl-plus.az" xəbər verir ki, bu gün millimizin daha beş üzvü 1/16 finaldan mübarizəyə başlayıb.

Hazırda millimizin üzvü Səidcəmşid Cəfərov (75 kq) ilk döyüşünü qələbə ilə bitirib. O, 1/16 finalda irlandiyalı Qavin Raffertini məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbə qazanıb. O, növbəti görüşünü ilk mərhələdən azad olan yaponiyalı Dayqo Sunaqa ilə qarşılaşacaq. Döyüş sentyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, ötən gün iki boksçumuz rinqə çıxıb. Zaur Qəhrəmanov (65 kq.) 1/32 finalda Almaniyalı Denis Brillə qalib gələrək növbəti mərhələyə yüksəlib. O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək. Görüş sentyabrın 7-də olacaq. Sərxan Əliyev (70 kq.) isə Karlos Flouersə (ABŞ) uduzaraq mübarizəni başa vurub.

5 sentyabr
1/16 final

Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya) - 5:0
Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)
Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)
Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)
Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)

Digər boksçularımızın iştirakı ilə keçiriləcək döyüşlərin təqvimi isə belədi:

6 sentyabr
1/16 final

Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi

7 sentyabr
1/16 final

Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi

8 sentyabr
1/8 final

Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi

Seçilən
16
5
football-plus.az

10Mənbələr