AZ

Zelenski: Ukrayna Rusiyadan Slovakiyaya neft və qaz tədarük etməyəcək

Zelenski: Ukrayna Rusiyadan Slovakiyaya neft və qaz tədarük etməyəcək

Ukrayna Rusiyadan Slovakiyaya neft və qaz tədarük etməyəcək.

AFN.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski Ujqorodda Slovakiyanın baş naziri Robert Fitso ilə görüşündən sonra mətbuat konfransında bildirib.

"Biz Slovakiya Respublikasının baş naziri cənab Fitso ilə enerji mövzusunda danışdıq. Biz Slovakiyaya qaz və neft tədarük etməyə hazırıq, bir şərtlə ki, bu, Rusiya qazı və ya Rusiya nefti olmasın", - Zelenski qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin yanvarından Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini dayandırıb, lakin Slovakiya və Macarıstana neft tədarükü Drujba neft kəməri ilə həyata keçirilib.

Seçilən
3
1
afn.az

6Mənbələr