AZ

"Quba"da yeni basketbolçu

"Quba" yeni basketbolçu ilə heyətini gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi Mayk Raytla müqavilə imzalayıb. 1998-ci il mayın 25-də ABŞ-ın Cənubi Karolinanın Summerville şəhərində dünyaya gələn Rayt hücumameyilli müdafiəçidi.

Qeyd edək ki, o, ilk olaraq ABŞ-ın "University of illinois Springfield" komandasında oynayıb. Ölkəmizə gələnə qədər "Vlajniya" (Albaniya) və GAU (Gürcüstan) klublarında çıxış edib.

Seçilən
6
7
football-plus.az

10Mənbələr