AZ

Kral ailəsinin ən yaşlı üzvü vəfat etdi

Böyük Britaniyada Kent hersoginyası Ketrin Lüsi Meri Uorsli 92 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

Məlumata görə, Britaniya kral ailəsinin ən yaşlı nümayəndəsi Kensinqton sarayında ailəsinin əhatəsində dünyasını dəyişib.

Son illərdə o, nadir hallarda ictimaiyyət qarşısına çıxırdı. Ketrin II Yelizavetanın dəfn mərasimində və ya III Çarlzın tacqoyma mərasimində iştirak etməyib. O, sonuncu dəfə 2024-cü ilin oktyabrında ərinin ad günündə əlil arabasında görünüb.
Seçilən
0
4
sherg.az

5Mənbələr