AZ

"Milan"ı Xorvatiya klubuna dəyişdi

"Milan"ın yarımmüdafiəçisi İsmayıl Bennaser karyerasını Xorvatiyada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,  27 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Zaqreb "Dinamo"suna keçib. Bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilədə oyunçunun sonradan transfer olunması üçün satınalma şərti də nəzərdə tutulub.

Əlcəzair yığmasının üzvü Bennaser 2019-cu ilin yayında "Empoli"dən "Milan"a transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını Fransada keçirərək "Marsel"in heyətində çıxış edib. Ümumilikdə "rossonyeri"nin heyətində 178 matça çıxan yarımmüdafiəçi 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Zaqreb "Dinamo"su bu mövsüm Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Seçilən
87
90deqiqe.az

1Mənbələr