AZ

“Qalatasaray” 21 yaşlı istedadın transferinə hazırlaşır

Türkiyə çempionu "Qalatasaray" 21 yaşlı müdafiəçini transfer hədəfinə alıb.

Fanat.Az xəbər verir ki, “sarı-qırmızılar” İsveçrənin “Bazel” klubunda çıxış edən gənc mərkəz müdafiəçisi Yonas Adyete ilə maraqlanır.

Məlumatı "Africa Foot" nəşri yayıb.

21 yaşlı oyunçunun istedadı və performansı türkiyəli skautların diqqətini cəlb edib. “Qalatasaray” rəhbərliyi Adyeteni yaxın gələcəkdə heyətinə qatmaq üçün rəsmi addımlar atmağı planlaşdırır.

Adyete “Bazel”də göstərdiyi oyunla Avropa klublarının da maraq dairəsinə düşüb. Gənc futbolçu həm fiziki gücü, həm də oyunu oxuma bacarığı ilə seçilir.

Kamil Xudiyev

Seçilən
90
1
fanat.az

2Mənbələr