Bakı. TurkicWorld:
Sentyabrın 5-i saat 19:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən TurkicWorld-ə bildirilib ki, leysan xarakterli yağışlar nəticəsində saat 17:00-dan başlayaraq Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçib.