Böyük Britaniyanın keçmiş daxili işlər naziri İvet Kuper xarici işlər naziri təyin edilib.
Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Keyr Starmerin ofisinin bəyanatında deyilir.
"İvet Kuper Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə nazir təyin edilib. 56 yaşlı Kuper Baş nazirin müavini və ədliyyə naziri təyin edilmiş Devid Lemmini əvəz edib. Ölkənin Daxili İşlər Nazirliyinin vakant rəhbəri vəzifəsini əvvəllər Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Şabana Mahmud tutub”, - deyə bildirilib.