AZ

“Beşiktaş”ın hücumçusu “Trabzonspor”a KEÇİR

"Trabzonspor" əzəli rəqibi "Beşiktaş"dan hücum xəttinə sürpriz transfer etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" və "Trabzonspor" Ernest Muçinin 1 illik icarəyə verilməsi ilə bağlı razılığa gəlib.

Klubun oyunçunu satın alma opsionu ilə icarəyə götürəcəyi bildirilir.

Muçi və Trabzonspor müqavilə detallarını müzakirə edir.

24 yaşlı futbolçunun "qara-ağlar"la müqaviləsi 2027-ci ilə qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
42
1
bizim.media

2Mənbələr