AZ

Ronaldo Ermənistanda şəkil üçün yaxınlaşan azarkeşi itələdi

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Ermənistanda onunla şəkil çəkmək istəyən azarkeşi itələyib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, milli komandanın DÇ-2026-nın seçmə mərhələsində Ermənistan millisi ilə keçiriləcək oyun ərəfəsində qaldığı İrəvandakı hotellərdən birində baş verib.

Belə ki, yayılan görüntülərdə azarkeşlərdən birinin portuqaliyalı futbolçu ilə şəkil çəkdirmək üçün onun yanına qaçıb. Buna cavab olaraq Ronaldo fanatı itələyib, mühafizəçilər isə digər azarkeşlərin yolunu kəsib.

Qeyd edək ki, komandalar şənbə günü, sentyabrın 6-da Ermənistanın paytaxtında qarşılaşacaqlar.

Seçilən
90
2
redaktor.az

3Mənbələr