Türkiyə nəhənglərindən "Trabzonspor" heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, "fırtınalar" "Beşiktaş"ın yarımmüdafiəçisi Ernest Muçini icarə əsasında heyətinə qatıb.
Bu barədə məlumatı türkiyəli jurnalist Nurgül Günaydın yayıb.
Albaniyalı futbolçu 2023-cü ildə "Legiya Varşava"dan "Beşiktaş"a transfer olunmuşdu.
24 yaşlı Muçi Türkiyə karyerasında 11 qol 3 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilib.
Kamil Xudiyev