Belarus Polşanın Minskdəki müvəqqəti işlər vəkili Kşiştof Ojanneyə etiraz notası təqdim edib.
Məlumata görə, diplomat Belarusda casusluqda ittiham olunan Polşa vətəndaşı Qjeqoj Qavel ilə bağlı insidentlə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
"Belarus tərəfi bu cür hərəkətlərin yolverilməz olduğunu, qonşuluq prinsiplərini kobud şəkildə pozduğunu və ikitərəfli münasibətlərə ciddi zərər vurduğunu qeyd edib", - bəyanatda bildirilib.
Belarus XİN-dən bildirilib ki, baş verənlərə hüquqi qiymət vermək niyyətindədirlər. Eyni zamanda, Polşadan Belarusun milli təhlükəsizliyinə zərər vuran addımlardan çəkinmək tələb olunub.//Report