AZ

"Google"un cərimələnməsinə Trampdan reaksiya

ABŞ prezidenti Donald Tramp Aİ-nin ABŞ-ın "Google" şirkətini 3,5 milyard dollar cərimələmək qərarına cavab olaraq tədbir görməyə məcbur olacağını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.

"Bu gün Avropa başqa bir böyük Amerika şirkəti olan "Google"a 3,5 milyard dollar cərimə ilə zərbə vurdu və fakitiki olaraq Amerika sərmayəsinə və iş yerlərinə gedəcək pulları aldı", - ABŞ lideri qeyd edib.

Tramp vurğulayıb ki, bunun baş verməsinə icazə verə bilməz.

"Bu, baş verərsə, mən vergi ödəyən bu Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsiz cəzaları neytrallaşdırmaq üçün 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə uyğun rüsumu tətbiq etməyə məcbur olacağam", - deyə Ağ Ev rəhbəri bildirib.

Seçilən
0
7
publika.az

10Mənbələr