AZ

"WhatsApp”, “Facebook” və “Instagram” birləşdi

Meta "WhatsApp", "Facebook" və "Instagram"ı bir-birinə inteqrasiya etmək barədə fəaliyyətini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, "WhatsApp" profil şəklinin seçilməsi ilə bağlı yenilik üzərində işləyir. Buna qədər istifadəçilər profil şəklini seçmək üçün yeni şəkil çəkə, qalereyada olan fotolardan birini seçə və ya süni intellektlə yaradılmış şəkillərdən istifadə edə bilirdi. Yeni funksiya "Facebook" və "Instagram" profilindəki şəkilləri "WhatsApp"a asanlıqla köçürməyə imkan verəcək. Bunun üçün "WhatsApp" hesabı Meta Hesab Mərkəzinə bağlı olmalıdır.

Yenilik "WhatsApp" androidlər üçün beta versiyasında müşahidə edilib.\Metbuat.az

Seçilən
3
6
bakivaxti.az

7Mənbələr