AZ

ABŞ oraya 10 qırıcı göndərəcək - Narkokartellərlə mübarizə üçün...

ABŞ hakimiyyəti narkokartellərə qarşı əməliyyatlar aparmaq məqsədilə Puerto-Rikodakı aerodroma 10 ədəd F-35 qırıcısı yerləşdirmək barədə göstəriş verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, müasir qırıcılar ABŞ-ın Karib hövzəsinin cənubunda onsuz da geniş olan hərbi mövcudluğunu gücləndirəcək.

Qırıcıların gələn həftənin sonunadək Karib hövzəsinin cənub hissəsinə çatacağı bildirilir. Qeyd olunur ki, artıq yeddi ABŞ hərbi gəmisi və bir sürətli nüvə sualtı qayığı həmin regionda yerləşdirilib və ya yaxın günlərdə orada olacaq. Həmin gəmilərdə 4,5 mindən çox dənizçi və dəniz piyadası xidmət aparır.

Xatırladaq ki, Venesueladan “böyük miqdarda narkotik vasitə” daşıyan gəmiyə qarşı ABŞ qüvvələrinin hücumu nəticəsində 11 nəfər həlak olmuşdu.

Seçilən
36
7
publika.az

10Mənbələr