AZ

Mingəçevirdə yol qəzası baş verdi - iki nəfər xəsarət aldı

MİNGƏÇEVİR, 6 sentyabr. TELEQRAF

Mingəçevirdə yol qəzası baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü sürücü Məhəmməd Səfərovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq sərt şəkildə yol kənarındakı maneələrə çırpılıb.

Qəza nəticəsində sürücü və 2005-ci il təvəllüdlü sərnişin Gülçöhrə Naxmadova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanalıq olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
38
1
teleqraf.com

2Mənbələr