AZ

Yalan ittihamla 27 il həbsdə olan ABŞ sakini azadlığa çıxdı

BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ məhkəməsi, yalan ittihamla 27 il cəza çəkən 54 yaşlı Brayan Huperi həbsdən azad edib.

Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalı Minnesota ştatının Hennepin dairəsinin prokuroruna istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, əsas şahid 27 il sonra cinayəti törətdiyini etiraf edib.

"Minnesota ştatının sakini törətmədiyi cinayətə görə 27 il həbsdə qaldıqdan sonra həbsxananı tərk edir. 54 yaşlı Brayan Huper ştat hakiminin onun məhkumluq hökmünü ləğv etməsindən sonra azad edilib", - nəşrdə deyilir.

Bildirilir ki, Huperin hökmü əsasən əsas şahidin ifadələrinə əsaslanıb. Hazırda əsas şahid olan qadın özü həbsdədir. O iddia edir ki, vicdanı onu narahat edib, bundan sonra ifadəsini geri götürməyə və hər şeyi etiraf etməyə qərar verib.

Seçilən
97
teleqraf.com

1Mənbələr