AZ

Serbiyadakı etiraz aksiyalarında 9 minə yaxın insan iştirak edib - Vuçiç

Bakı. Trend:

Sentyabrın 5-də Serbiyada ölkə hakimiyyətinə qarşı keçirilənetiraz aksiyalarında 9 mindən çox insan iştirak edib.

Trend-in məlumatına görə, bu barədə Serbiya prezidentiAleksandar Vuçiç deyib.

"Serbiyada hökumətə qarşı etiraz edənlərin sayı 9380 nəfər - 10mindən az olub. Novi Sadda, Daxili İşlər Nazirliyinin məlumatınagörə, 7020 iştirakçı toplaşıb. Ümumiyyətlə, Novi Sad istisnaolmaqla, etirazlar sakit və insidentsiz keçib. Orada AvropaParlamentinin nümayəndələrinin iştirakı ilə bir qrup balaklavalıinsan nəyin bahasına olursa olsun fəlsəfə fakültəsinin binasınızəbt etməyə cəhd edib. Ancaq buna nail ola bilmədilər: polis özişini gördü, son dərəcə peşəkar hərəkət edib", - deyə Serbiyaprezidenti qeyd edib.

Onun sözlərinə görə, hazırda fakültə binasının qarşısındadayanan 11 polis əməkdaşı yaralanıb.

"Artıq bir neçə nəfər saxlanılıb, onların sayı onlarlahesablanacaq", - deyə A.Vuçiç əlavə edib.

Seçilən
6
az.trend.az

1Mənbələr