AZ

102 yaşlı kişi Fuji dağına qalxdı

102 yaşlı Kokiçi Akuzava Fuji dağına (3776 m) qalxaraq, yaponlar üçün bu müqəddəs dağı fəth edən ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, proses sentyabrın 5-də Akuzavanın qızı, nəvəsi və alpinizm klubundan olan dostlarının dəstəyi ilə baş tutub.

Akuzava hazırlıq ərəfəsində üç ay ərzində çox məşq edib, səhər saat beşdə işə başlayıb və müntəzəm olaraq Naqano dağına qalxıb.

Maraqlıdır ki, o, 96 yaşında da Fuji dağını fəth edən ən yaşlı şəxs adına artıq layiq görülmüşdü.

Seçilən
20
5
publika.az

6Mənbələr