Bakı. Trend:
Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər.
Trend-inməlumatına görə, bu sözləri AFFA-nın baş katibi CahangirFərəcullayev Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəReykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundansonra jurnalistlərə açıqlamasında deyib.
O, komandanın müdafiədə oynamasının düzgün olmadığını bildirib:“İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən müdafiədə6-7 futbolçu ilə oynamamalıydıq”.
“Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığınıdüzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bununməsuliyyətini anlamalıdır. Onun Azərbaycan xalqına, futbolunayanaşması düzgün deyil. İndi onun matçdan sonrakı açıqlamasımaraqlıdır. Biz ondan düzgün fikirlərini gözləyirik. İstefaverməsə, lazımi tədbirləri görəcəyik”, - deyə AFFA-nın baş katibiqeyd edib.