AZ

Rusiya ABŞ-a yumurta tədarükündən imtina etdi

Rusiya ABŞ-a yumurta tədarükündən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinin sorğusuna cavab olaraq “Rosselxoznadzor”dan bildirilib.

Qeyd edilib ki, bu gün Rusiyada yumurta məhsullarının ABŞ-a ixracı üçün sertifikatlı müəssisə yoxdur. Bu cür tədarükləri həyata keçirmək üçün istehsalçılar ciddi sertifikatlaşdırma prosedurundan, o cümlədən məhsulların akkreditə olunmuş laboratoriyalarda laboratoriya sınaqlarından keçməlidirlər.

Qeyd edək ki, 2025-ci ilin iyulunda ABŞ müasir tarixdə ilk dəfə olaraq Rusiyadan yumurta alıb. Bunun üçün 455 min dollar ödəniş edilib. Belə bir tədarük 1992-ci ilin əvvəlindən bəri ilk dəfə baş tutub.

İyunun əvvəlində ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra yumurtanın qiymətinin 400% ucuzlaşdığını açıqlayıb.

Seçilən
72
publika.az

1Mənbələr