Bakı. Trend:
“Apple” süni intellektlə işləyən axtarış sistemini işə salmağıvə onu Siri səsli köməkçisinə inteqrasiya etməyi planlaşdırır. Buyeni həllin daxili adı “World Knowledge Answers” olacaq.Texnologiya Safari brauzerinə və “iPhone” əsas ekranından axtarışetmək üçün istifadə edilən “Spotlight” xidmətinəquraşdırılacaq.
Trend-inməlumatına görə, start “Siri”nin dəfələrlə təxirə salınmışyenilənməsi çərçivəsində 2026-cı ilin mart ayına planlaşdırılır.Təşəbbüs “Apple” səsli köməkçisi və əməliyyat sistemləriniistifadəçilərin internetdə məlumat axtara biləcəyi məkana çevirməkməqsədi daşıyır.
Gələcək texnologiyanın əsası “Google”dan götürülə bilər.Bildirilir ki, şirkətlər razılığa gəliblər, ona uyğun olaraq“Apple” gələcək inteqrasiya üçün axtarış nəhənginin süni intellektmodelini qiymətləndirəcək.
“Apple”ın yeni axtarış sistemi mətn, foto və videolarıdəstəkləyən interfeysə sahib olacaq. Həmçinin süni intellektləişləyən ümumiləşdirmə sistemi də tətbiq ediləcək.