AZ

Almaniyanın iki əyalətində polis əməkdaşlarına hücum edən şəxslər zərərsizləşdiriliblər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 6 sentyabr, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Festfaliya əyalətinin Sassenberq şəhərində polis bıçaqla hücum edən 25 yaşlı kişiyə atəş açaraq ağır yaralayıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla bildirir ki, prokurorluq və polis orqanlarının məlumatında qonşuları ilə mübahisə zamanı iki nəfərə xəsarət yetirən xorvatiyalı şəxsin daha sonra polis əməkdaşlarına hücum etdiyi bildirilib. Polis əməkdaşları dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayan həmin şəxsə atəş açmaq məcburiyyətində qalıblar. Sinəsindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Baden-Vürttemberq əyalətinin Ulm şəhərində də baş verib. Bu dəfə isə polisə bıçaqla hücum edən şəxsə atəş açılıb. Lakin onun ciddi xəsarət almadığı, zərərsizləşdirilərək xəstəxanaya aparıldığı bildirilir.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
2
azertag.az

3Mənbələr