AZ

Tramp təhdid etdi: Bu ölkənin təyyarələri təhlükəli vəziyyət yaratsa, vurulacaq!

ABŞ Prezidenti Donald Tramp iki Venesuela hərbi təyyarəsinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığında uçmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri təyyarələr təhlükəli vəziyyət yaratsalar, onların vurulacağını bildirib.

Xatırladaq ki, ABŞ Venesueladan narkotik daşıyan gəmiyə ölümcül zərbə endirib. Həmçinin ABŞ hakimiyyəti narkokartellərə qarşı əməliyyatlar aparmaq məqsədilə Puerto-Rikodakı aerodroma 10 ədəd F-35 qırıcısı yerləşdirmək barədə göstəriş verib.

Seçilən
80
publika.az

1Mənbələr