Şəmkirdə qətl törədilib.
"Qafqazinfo" xəbər verir ki, Sarıtəpə kəndində 1993-cü il təvəllüdlü Tural Abdullayev aldığı bıçaq xəsarətindən vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayevin qayınatası 1968-ci il təvəllüdlü Sənan Əsgərov saxlanılıb.
Bildirilib ki, hadisədən əvvəl T. Abdullayev Bakıdan rayona qonaq gedib və münaqişə də bu zaman baş verib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.