AZ

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

Bakı. Trend:

Almaniyanın Yülix şəhərində Avropanın eksaskala səviyyəli ilksuperkompüteri - “Yupiter” rəsmi olaraq istifadəyə verilib.

Trend xəbərverir ki, açılış mərasimində çıxış edən Almaniya Kansleri FridrixMerts hazırda dünyanın ən güclü dörd superkompüterindən biri olan“Yupiter”in Avropada elmi-texnoloji inkişafa yeni töhfə verəcəyinibildirib.

Kansler qeyd edib ki, “Yupiter” Avropa miqyasında pionerlayihədir və bu sistem təkcə Almaniyanın deyil, bütün Avropanınsüni intellekt və elmi modelləşdirmə imkanlarını əhəmiyyətlidərəcədə genişləndirəcək. Onun sözlərinə görə, “Yupiter”in gücüsaniyədə bir trilyondan çox əməliyyat həyata keçirməyə imkan verirki, bu da təxminən 10 milyon adi noutbukun eyni anda işləməsinəbərabərdir.

Superkompüterin hazırlanması Yülix Tədqiqat MərkəzininSuperkompüter Mərkəzinə məxsusdur. Layihənin maliyyələşdirilməsininAvropa Superkompüter Təşəbbüsü (EuroHPC JU), bir hissəsi isəAlmaniyanın Federal Tədqiqat, Texnologiya və Kosmik TədqiqatNazirliyi ilə Şimali Reyn-Vestfaliya əyalətinin Mədəniyyət və ElmNazirliyi tərəfindən təmin olunub.

Yeni sistem böyük süni intellekt modellərinin sürətliöyrədilməsi, beyin fəaliyyətinin daha real simulyasiyası, dəqiqiqlim və hava proqnozları kimi müxtəlif sahələrdə yeni imkanlaraçacaq. “Yupiter”in istifadəyə verilməsi Almaniyanın süni intellektüzrə hesablama gücünün 20 dəfə artmasına imkan verəcək. Bu,Avropanın ABŞ və Çin kimi texnoloji nəhənglərlə rəqabətqabiliyyətini gücləndirəcək strateji addımdır.

Seçilən
0
7
az.trend.az

8Mənbələr