AZ

Zelenski Putini Ukraynaya dəvət etdi

ain.az bildirir, Milli.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə Kiyevə gəlməyi təklif edib.

Milli.Az xəbər verir ki, Zelenski bu fikri ABC telekanalına açıqlamasında bildirib:

"O, Kiyevə gələ bilər".

Xatırladaq ki, sentyabrın 5-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putin görüş üçün ən uyğun yerin Moskva olduğunu deyib. O, Zelenski və nümayəndə heyətinin Rusiyaya səfər etməsi halında onların təhlükəsizliyinə tam zəmanət verəcəyini də vurğulamışdı.

Lakin Ukrayna Prezidenti ABC-yə müsahibəsində Moskvaya getməyəcəyini bir daha bəyan edib.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
news.milli.az

4Mənbələr