AZ

Modi: “Hindistan və ABŞ arasında strateji tərəfdaşlıq perspektivlidir” - ÖZƏL

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın iki ölkə münasibətləri ilə bağlı səsləndirdiyi müsbət fikirlərə qoşulduğunu bildirib. "Onun bizim əlaqələrə verdiyi müsbət qiyməti yüksək dəyərləndirirəm və Prezident Trampın hisslərini tam paylaşıram. Hindistan və ABŞ-ı çox yaxşı və perspektivli hərtərəfli qlobal strateji tərəfdaşlıq bağlayır". Olaylar.az xəbər verir ki,  Modi bu fikirləri "X" sosial şəbəkəsində yazıb. Bundan əvvəl Ağ Evdə jurnalistlər Trampdan onun "Truth Social" platformasında paylaşdığı "ABŞ Hindistanı və Rusiyanı Çinə uduzub" fikrinə münasibətini soruşublar. ABŞ Prezidenti öz paylaşımını təkzib edərək belə bir vəziyyətin olmadığını deyib. O, Hindistan və ABŞ arasında, eləcə də şəxsi olaraq Modi ilə "xüsusi münasibətlərin" olduğunu vurğulayıb və narahatlığa əsas görmədiyini bildirib. Eyni zamanda Tramp Hindistanın böyük həcmdə Rusiyadan neft alması qərarından məyusluğunu bir daha ifadə edib. ABŞ avqustun 6-da Hindistanın rus nefti və neft məhsulları alışı ilə bağlı əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Bununla da Hindistandan idxal olunan məhsul və xidmətlərə tariflər 50%-ə çatdırılıb. Tramp Hindistanı "Rusiyanın hərbi texnikasının əsas alıcısı" və "Çindən sonra rus enerji resurslarının ən iri alıcılarından biri" olmaqda tənqid edib. Hindistan Xarici İşlər Nazirliyi isə ABŞ-nin rus nefti ilə bağlı ittihamlarını əsassız adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
olaylar.az

1Mənbələr