Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində(HDQ) “Gəminin sualtı təxribat əleyhinə müdafiəsinin təşkili” və“Gəminin dayanacaqda davamlılıq uğrunda mübarizəsinin təşkili”mövzularında təlimlər keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin məqsədi şəxsi heyətə gəminin sualtı diversiyaəleyhinə müdafiəsinin düzgün təşkili yollarını öyrətmək, eləcə dəgəminin dayanacaqda baş verə biləcək fövqəladə hallar zamanıdavamlılıq uğrunda mübarizəyə hazırlıq səviyyəsini yoxlamaqolub.
Təlimlərdə həmçinin gəminin dayanacaqda yanğına qarşı hazırlıqvəziyyəti, yaralılara ilkin tibbi yardımın göstərilməsi və onlarınərazidən təxliyə olunması qaydaları praktiki olaraq məşq etdirilib.Qəza partiyasının davamlılıq uğrunda mübarizə fəaliyyəti, eləcə dəgəmidə baş verə biləcək yanğınların növünə və yerinə uyğun tətbiqediləcək mübarizə üsulları yerində göstərilərək yoxlanılıb.
Keçirilmiş təlimlər müvəffəqiyyətlə başa çatıb. Təlim rəhbərlərişəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksəkqiymətləndiriblər.