AZ

Tovuzda ağır QƏZA: Xəsarət alan var

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avtomobil yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Firudin Səfərovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
2
6
bizim.media

10Mənbələr