AZ

Avropanın ən sürətli superkompüteri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın Aahen şəhəri yaxınlığındakı "Jülich" tədqiqat mərkəzində Avropanın ən sürətli superkompüteri - "Yupiter" istifadəyə verilib. Bu barədə "Spiegel" məlumat yayıb.

"Yupiter"in rəsmi işə salınması mərasiminə Almaniya kansleri Fridrix Merts də qatılıb. Onun sözlərinə görə, bu, süni intellekt modellərinin hazırlanması və ya elmi simulyasiyalar üçün tamamilə yeni imkanlar açır. Dünyada dördüncü ən sürətli kompüter Almaniyanın müasir texnoloji inqilabda aparıcı rola iddiasını göstərir. Kompüterin qiyməti 500 milyon avrodur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
xalqqazeti.az

3Mənbələr