AZ

İndoneziyada davam edən etirazlarda azı 10 nəfər həlak olub

Bakı. Trend:

İndoneziyada ölkəni bürümüş etiraz aksiyalarında baş verəntoqquşmalarda azı 10 nəfər həlak olub.

Trend xəbər verirki, bu barədə “Jakarta Globe” nəşri yazır.

Nəşrin məlumatına görə, qurbanların bir qismi asayiş keşikçiləriilə etirazçılar arasında yaranan qarşıdurmada, digərləri isə bəziəyalətlərdə elə aksiya iştirakçıları tərəfindən törədilmişzorakılıqlar nəticəsində həyatlarını itiriblər.

Qeyd edək ki, İndoneziyada ölkə boyunca etiraz aksiyalarıavqustun 25-dən etibarən davam edir. Etiraz dalğası bir qrup fəalınparlament qarşısına toplaşaraq korrupsiyaya qurşanmış məmurlarınaktivlərinin müsadirə olunması, deputatların əmək haqqınınartırılması, qanunverici orqanın buraxılması, parlamentinburaxılmasını tələb etməsi ilə başlayıb.

Avqustun 28-də Cakartada keçirilən aksiyada polis avtomobili birtaksi sürücüsünün üzərindən keçərək onu ölümcül yaralayıb. Buinsident ölkə bir çox şəhərlərində etiraz aksiyalarına yolaçıb.

Seçilən
63
az.trend.az

1Mənbələr