AZ

SƏRT SÖZLƏR: Belə biabırçılıq olmaz, qovun getsin! - VİDEO

"Təcili! Reykyavikdən Portuqaliyaya bilet sifariş edilməli, Fernandu Santuşla yollar ayrılmalıdır.

Bu, milli komanda deyil, ruhsuzlar toplusudur.

Onlar milli formanın dəyərini dərk etməyənlərdir.

Nə mübarizlik var, nə də düz-əməlli oyun planı. Axı bu biabırçılıq nə vaxta kimi davam edəcək?".

Bu açıqlamalar “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya ilə oynadığımız və 0:5 hesabı ilə uduzduğumuz qarşılaşmaya şərh verib.

O, Fernandu Santuşun baş məşqçi postundan göndərilməsinin qaçılmaz olduğunu bildirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
1
49
sportinfo.az

10Mənbələr