AZ

Santuş millimizdə antirekorda imza atdı

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fernandu Santuş Azərbaycan millisində antirekorda imza atıb. Sport24.az-ın araşdırmasına görə, bu, komandanın DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesabı ilə uduzmasına görə mümkün olub. O, Azərbaycan millisində baş məşqçi kimi 10-dan çox matça çıxanlar arasında qələbə qazana bilməyən yeganə mütəxəssisdir. Qeyd edək ki, komandamız Santuşun rəhbərliyi altında 9 məğlubiyyət və 2 heç-heçə əldə edib. Dörd qol vura bilən milli qapısında 29 top görüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
100
4
sport24.az

5Mənbələr