AZ

Paşinyanın təyyarəsi Azərbaycan üzərindən uçub - FOTO

Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi bu il avqustun 30-da xarici səfərə Azərbaycan hava məkanı üzərindən uçub və sentyabrın 6-sı gecə Ermənistana qayıdıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabından yazıb.
 
Onun sözlərinə görə, bunun üçün Bakıya müvafiq sorğu göndərilib.
 
"Bu il avqustun 8-də Vaşinqtonda sülh bərqərar olunduqdan sonra Ermənistanın müvafiq qurumları Azərbaycandan Ermənistanın baş nazirinin təyyarəsinin uçuşu üçün icazə istəyib və müsbət cavab alıb. Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində praktik addım kimi qiymətləndiririk", - deyə o yazıb.
Seçilən
1
2
moderator.az

3Mənbələr