AZ

Bakıda yük maşını körpüdən avtomobillərin üzərinə düşdü- Xəsarət alanlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az  xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirib və körpüdən avtomobillərin üzərinə düşüb.

Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

Seçilən
8
6
heftelik.az

10Mənbələr