AZ

Vəkil köməkçilərinə vəsiqələr təqdim olundu FOTO

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 5-də Azərbaycanın Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib.

Moderator.az xəbər verir ki, Kollegiyanın inzibati binasında təşkil olunan görüşdə VK sədri Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr qeyd edib ki, vəkil köməkçiliyi vəkilliyə gedən yolun mühüm mərhələsidir və peşəkar vəkillərin formalaşmasında əhəmiyyətli rol oynayır.

Anar Bağırov hüquq sisteminin möhkəmlənməsində və cəmiyyətin hüquqi maariflənməsində vəkillərin mühüm rol oynadığını, bu sahədə savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac olduğunu söyləyib.

Vəkil köməkçilərinin peşə hazırlığının artırılmasının Kollegiyanın daim diqqət mərkəzində olduğunu bildirən Anar Bağırov onları aktiv olmağa, təcrübəli vəkillərdən öyrənməyə və biliklərini davamlı şəkildə təkmilləşdirməyə çağırıb.

Eyni zamanda sədr çıxışının davamında VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştin əhəmiyyətindən danışıb.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
8
moderator.az

9Mənbələr