AZ

Stenli Kubokunun altıqat qalibi 78 yaşında vəfat edib

Kanada millisinin və Milli Hokkey Liqası (NHL) təmsilçisi "Monreal" klubunun keçmiş qapıçısı, Stenli Kubokunun altıqat qalibi olmuş Ken Drayden 78 yaşında vəfat edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Monreal komandasının mətbuat xidməti məlumat yayıb.

Onun xərçəng xəstəliyindən öldüyü bildirilib. 

Qeyd edək ki, hokkeyçi Kanada klubunda 1970-1979-cu illərdə çıxış edib. O, bu müddətdə 6 dəfə Stenli Kubokunu (1971, 1973, 1976, 1977, 1978, 1979) qazanıb. Hokkeyçi həmyerlisi Jak Plantla birlikdə qapıçılar arasında bu göstəricidə rekordçudur. Həmçinin K.Drayden beş dəfə (1973, 1976, 1977, 1978, 1979) NHL-də mövsümün ən yaxşı qapıçısı adına layiq görülüb.

"Cebheinfo.az" 

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr