AZ

Ehsan dedikdə aş, halva, yemək yada düşür...

Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır.

Publika.az "Report"-a istinadən xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.

O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir.

"İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib yemək tədarükü görürlər, kəsmək üçün dana axtarırlar", - o əlavə edib.

Seçilən
9
6
publika.az

7Mənbələr