AZ

Gürcüstan hökuməti ATƏT/DTİHB ni yerli seçkiləri müşahidə etməyə dəvət edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tbilisi, 6 sentyabr, AZƏRTAC

Biz ATƏT/DTİHB missiyasını yerli hökumət seçkilərini müşahidə etmək üçün dəvət etmək qərarına gəldik və artıq müvafiq məktub ATƏT/DTİHB-yə göndərilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ATƏT/DTİHB missiyası tərəfindən seçkiləri müşahidə etmək üçün hər cür şərait yaratmağa tam hazırdır.

“Ümid edirik ki, dəfələrlə təhqir və təzyiqlərə baxmayaraq, ATƏT/DTİHB Gürcüstana müşahidə missiyası göndərməkdən çəkinməyəcək”, - deyə Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
4
azertag.az

5Mənbələr