Bakı. Trend:
Almaniyanın avtomobil istehsalçısı “BMW” yeni sinif elektrikliavtomobillərinin ilk modelini - iX3 SUV-u təqdim edib. Şirkətqarşıdakı aylarda daha bir neçə modeli bazara çıxarmağıplanlaşdırır.
Trend“Tagesschau” xəbər xidmətinə istinadən bildirir ki, “BMW”nin başicraçı direktoru Oliver Zipse təqdimatda iX3 modelinin şirkətin ənböyük gələcək layihəsinin başlanğıcı olduğunu vurğulayıb.
Bu konseptin uğur və ya uğursuzluğunun BMW-nin gələcəkperspektivləri üçün həlledici olacağı bildirilir. Elektrikavtomobilinin sürəti 800 kilometrə qədər artırılıb, batareya vəmühərrik səmərəliliyi yüksəlib, doldurma vaxtı qısalıb, kompütersürəti artırılıb.
“BMW” iX3 üçün xüsusi texniki platforma hazırlayıb və növbətiiki il ərzində bu platformada ən azı beş yeni model istehsalolunacaq. Şirkət milyardlarla avro investisiya ilə bu platformanıtam elektrik formata uyğunlaşdırıb.
Ekspertlər xüsusilə Çin bazarında bu layihənin uğur qazanmasınınvacib olduğunu qeyd edirlər. Avtomobilin texnologiyası, proqramtəminatı və qiymət strategiyası burada həlledici rol oynayacaq.iX3-ün minimum bazar qiyməti 68,9 min avro müəyyən edilib.
“BMW” iX3 Macarıstanda istehsal olunacaq. Analitiklərbildirirlər ki, bu, şirkətə elektrik avtomobillərinin mənfəətmarjasını yaxın illərdə artırmaq imkanı verəcək. O.Zipse şirkətinümumi avtomobil biznesində 8-10 faiz mənfəət marjası hədəfinindəyişmədiyini qeyd edib.