ABŞ prezidenti Donald Tramp Venesuela rəhbərliyinə qarşı yeni addımlar ata bilər.
Milli.Az xəbər verir ki, CNN-in məlumatına görə, Tramp administrasiyası prezident Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə Venesuela ərazisinə hərbi zərbələr endirmək variantlarını müzakirə edir.
Mənbələrin bildirdiyinə görə, söhbət əsasən Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı zərbələrdən gedir. Lakin bu əməliyyatların Maduronu hakimiyyətdən uzaqlaşdırmağa yönəlmiş daha geniş strategiyanın bir hissəsi ola biləcəyi istisna edilmir.
Eyni zamanda, mənbələr qeyd edir ki, hələlik yekun qərar qəbul edilməyib. Lakin gələcəkdə Venesuelaya qarşı belə bir addımın atılması ehtimalı gündəmdə qalır.