AZ

“O terrorçunun paytaxtına gedə bilmərəm” – Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada danışıqlar aparmaq dəvətini rədd edib.

Yenisabah.az xəbər verir ki, Zelenski ABŞ-ın ABC News kanalına açıqlamasında bildirib ki, ölkəsi hər gün raket hücumlarına məruz qaldığı halda Moskvaya gedə bilməz:

“(Putin) Kiyevə gələ bilər. Ölkəm hər gün raket hücumlarına məruz qalanda mən Moskvaya gedə bilmərəm. O terrorçunun paytaxtına gedə bilmərəm”. Dördpendirli pizza

Ukrayna lideri həmçinin Putinin müharibəni bitirmək niyyətində olmadığını vurğulayıb:

“Biz Putinə etibar edə bilmərik. O, oyun oynayır, indi isə ABŞ-la oynayır”, – Zelenski qeyd edib.

Xatırladaq ki, sentyabrın 3-də Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı “tunelin sonunda işığı gördüyünü” bəyan edərək, Zelenskini Moskvaya dəvət etmiş və onunla görüşməyə hazır olduğunu açıqlamışdı.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
14
46
yenisabah.az

10Mənbələr