AZ

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan üzərindən uçub

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Facebook” sosial şəbəkəsində paylaşım edib.

“Bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Ermənistan baş nazirinin təyyarəsinin uçuşu üçün Azərbaycandan icazə istəyib və buna müsbət cavab alıb”,- Nazeli Bağdasaryan yazıb.

Overçuk:“Azərbaycanla iqtisadi əlaqələrimiz normaldır”
Onun sözlərinə görə, İrəvan bu faktı regionda kommunikasiyaların qarşısının alınması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində atılmış praktiki addım kimi qiymətləndirir.

- Nəzərinizə çatdırım ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında rabitə əlaqəsini təmin edir”, - Ermənistan baş nazirinin mətbuat katibi bildirib.

Xatırladaq ki, bindan əvəvl Şərq İqtisadi Forumu çərçivəsində “TASS” agentliyinə verdiyi müsahibədə Rusiya baş nazirinin müavini Cıənubi Qafqazda kommunikasiyaların bərpasının Ermənistan üçün çox vacib olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
azvision.az

1Mənbələr