AZ

Milanda Corcio Armaniyə vida mərasimi keçirilir

İtalyan modelyer Corcio Armaninin vida mərasimi Milanda "Armani/Teatro" sərgi salonunda start götürüb.

Milli.Az xəbər verir ki, iki gün davam edəcək mərasimə ictimaiyyətin qatılması mümkündür. Artıq tabutun qarşısında növbə yaranıb. Dizaynerin istəyinə əsasən, ilk olaraq "Giorgio Armani" şirkətinin əməkdaşları vida mərasimində iştirak edirlər.

Qeyd edək ki, 91 yaşlı "moda kralı" Giorgio Armani sentyabrın 4-də vəfat edib.

Asya
Milli.Az

Seçilən
3
milli.az

1Mənbələr