AZ

Astarada kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI

Astara rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il tarixində Astara rayonu Motlayataq kəndində Samir Firdovsi oğlu Heydərliyə məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub.

"Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək, laborator analizlərə cəlb edilib.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir".

Qeyd edək ki, baş tutan toy mərasimindən sonra sentyabrın 5-də səkkizi uşaq olmaqla, ümumilikdə 15 nəfər (doqquzu qadın, altısı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Seçilən
0
36
ucnoqta.az

10Mənbələr