AZ

AQTA Astaradakı zəhərlənmə barədə məlumat yayıb

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb olub

Astara rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırmalar aparılıb.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Astara rayon sakinlərinin sentyabrın 3-də Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün əvvəlcədən ev şəraitində hazırlanan qidalar qəbul etdikləri məlum olub.

Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
35
ayna.az

10Mənbələr